“Qəbələ”nin rəqibi müəyyənləşib 

12:05 19.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Avropa Liqası turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq “Qəbələ”nin rəqibi müəyyənləşib.

AFFA-dan hafta.az-a verilən məlumata görə təmsilçimiz Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Bu komandalar arasında ilk oyun iyulun 25-də Qəbələdə, cavab qarşılaşması isə avqustun 1-də Tbilisidə keçiriləcək.